• cümə, 26 Aprel, 18:18
  • Baku Bakı 22°C

Azərbaycanda havanın temperaturu enəcək

22.06.20 15:37 584
Azərbaycanda havanın temperaturu enəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu həftə ərzində gözlənilən hava şəraitini açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında həftənin birinci yarısında mülayim cənub küləyinin sürəti 5-10 m/s, arabir 12-15 m/s olacaq. Havanın temperaturu 31-36 dərəcə isti təşkil edəcək. Həftənin sonunda isə hava şəraitinin qeyri-sabit keçəcəyi, iyunun 25-i gündüzdən 27-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək, 24-26 dərəcə isti olacaq.
22-25 iyunda Azərbaycanın bəzi şimal və qərb rayonlarında, həftə sonunda isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, iyunun 25-27-də isə ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 35-39, iyunun 26-27-də ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 28-33 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər