• cümə, 26 Aprel, 11:48
  • Baku Bakı 12°C

Azərbaycanda havanın kəskin istiləşəcəyi barədə xəbərdarlıq edilib

04.08.17 12:50 1501
Azərbaycanda havanın kəskin istiləşəcəyi barədə xəbərdarlıq edilib
Avqustun 10-dək Azərbaycanda havaların kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq edilib.Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında avqustun 05-dən birinci ongünlüyün sonunadək havanınmaksimal temperaturunun 35-39°, bəzi günlərdə 41° isti olacağı gözlənilir.
Avqustun 05-dən birinci ongünlüyün sonunadək ölkə ərazisindəhavaşəraitinin isti olacağı,havanın maksimal temperaturunun 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarınınbəzi günlərində 43°, dağlıq rayonlarda isə 29-34° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlıqa gəlincə, avqustun 05-dən 10-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlardadurğun və bürkülühavaşəraiti fonunda çox isti temperatur diskomfortu gözlənilir ki, bu daəksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Gündüzsaatlarında uzun müddət açıq havada olmaq məsləhət deyil.
banner

Oxşar Xəbərlər