• şənbə, 27 Aprel, 09:06
  • Baku Bakı 12°C

Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı XƏBƏRDARLIQ edildi

12.11.19 14:41 570
Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı XƏBƏRDARLIQ edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 13-ü axşamdan 17-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal küləyi əsəcək, küləyin sürəti arabir 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 10-12 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 13-ü axşamdan 17-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi, əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
banner

Oxşar Xəbərlər