• çərşənbə, 24 Aprel, 20:47
  • Baku Bakı 23°C

Azərbaycanda günəş elektrik stansiyası tikiləcək

02.04.21 12:07 745
Azərbaycanda günəş elektrik stansiyası tikiləcək
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.
APAxəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə əlaqədar "İnvestisiya müqaviləsi”nin, "Enerji alqı-satqı müqaviləsi”nin, "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, "Torpaq icarə müqaviləsi”nin, "Birbaşa razılaşma”ların və "Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görməlidir.

banner

Oxşar Xəbərlər