• çərşənbə, 24 Aprel, 04:22
  • Baku Bakı 14°C

Azərbaycanda güclü yağış: bir rayonun elektrik enerjisi kəsildi

20.05.13 11:47 1506
Azərbaycanda güclü yağış: bir rayonun elektrik enerjisi kəsildi
Ucar Elektrik Şəbəkəsinin baş mühəndisi Bahadur Faxrədovun APA-ya verdiyi məlumata görə, güclü yağış nəticəsində yüksək gərginlikli yarımstansiyaya yağış suları dolub. Bir neçə işıq dirəyi aşıb, transformatorlar yanaraq sıradan çıxıb, elektrik xətlərində qırılmalar baş verib. Hazırda şəbəkənin əməkdaşları ərazidə təmir-bərpa işləri aparırlar.
Ucar rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, ən çox yağıntı rayonun Müsüslü kəndinə düşüb. Evləri su basmaq təhlükəsi yarandığından ərazidə qabaqlayıcı tədbir görmək məqsədilə işlər aparılır. Bundan başqa, əkin sahələrinə, meyvə ağaclarına da ciddi ziyan dəydiyi bildirilir.
banner

Oxşar Xəbərlər