• şənbə, 27 Aprel, 00:17
  • Baku Bakı 14°C

Azərbaycanda gənclər festivalı keçiriləcək

05.05.16 16:22 1458
Azərbaycanda gənclər festivalı keçiriləcək
25 İyun tarixində Bakcell Arena ilin ən böyük gənclər layihəsi - IB Gənclər Festivalına ev sahibliyi edəcək. 10 mindən çox gənci əhatə edən festival 8-10 saat davam edəcək. Festivalda müğənni, aktyorların çıxışları ilə bərabər, gənclərin əyləncəsi üçün oyun mərkəzləri də fəaliyyət göstərəcək.
İlin ən böyük gənclər layihəsinin təşkilatçısı qismində IB Club Gənclərin inkişaf mərkəzi və Neftçi Peşəkar Futbol klubu çıxış edirlər. Asan Könüllüləri təşkilatı, YAP Gənclər birliyi festivalın təşkilati dəstəyi, Brandup kreativ tərəfdaşı, Facemark, 4M Academy, Azxeber.com, Oley.az, Azərbaycan Universitetləri, Edu-map.org, LIB və WOT isə tərəfdaşıdırlar.
Festivalda iştirak üçün IB Gənclər Festivalının rəsmi saytına daxil olaraq onlayn qeydiyyatı tamamlamaq lazımdır. Biletlər ödənişsizdir.
Festivalda yerinizi ayırmaq üçün: www.ibgenclerfestivali.az linkinə daxil ola bilərsiniz.
banner

Oxşar Xəbərlər