• cümə axşamı, 25 aprel, 04:01
  • Baku Bakı 19°C

Azərbaycanda fövqəladə hal zamanı qaydalara əməl etməyən təşkilatların fəaliyyəti dayandırılacaq

21.04.18 18:40 891
Azərbaycanda fövqəladə hal zamanı qaydalara əməl etməyən təşkilatların fəaliyyəti dayandırılacaq
Azərbaycanda fövqəladə hallarda və yaxud hərbi vəziyyət zamanı tətbiq edilən mövcud qaydalara əməl etməyənsiyasi partiyaların, ictimai birliklərin və xarici təşkilatların ölkədəki nümayəndəliklərinin fəaliyyətinin elan olunmuş vəziyyət başa çatana qədər dayandırılması təklif olunur.

APA-nın məlumatına görə, bununla bağlı "Siyasi partiyalarhaqqında” qanuna 16.4-1-ci maddəsinin əlavəsi təklif edilib.

Əlavəyə görə, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olansiyasi partiyaların fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər.
Yuxarıda göstərilən hal həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti ilə bağlı "Həmkarlar İttifaqları haqqında” qanuna, qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti ilə bağlı "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən əlavələrdə öz əksini tapıb.

Layihələr artıqMilli Məclisin plenar iclasına tövsiyə olunub.
banner

Oxşar Xəbərlər