• cümə, 29 Mart, 05:43
  • Baku Bakı 7°C

Azərbaycanda fındıq emalının perspektivi müzakirə olunub

20.07.13 10:55 4352
Azərbaycanda fındıq emalının perspektivi müzakirə olunub
İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən fındıq emalı müəssisələrinin, rayon icra hakimiyyətinin, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri iştirak ediblər.
Dəyirmi masada Azərbaycanda fındıq istehsalı, emalı və ixracının perspektivləri müzakirə edilib. Tədbirdə çıxış edənlər – İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndəsi Gülnarə Məmmədova və Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşı Azərbaycanda fındıq istehsalı və ixracı imkanları, bu sahədə sahibkarlara göstərilən dəstək tədbirləri barədə məlumat veriblər.
Qeyd edilib ki, keçirilən dəyirmi masa İqtisadi İnkişaf Nazirliyi, GİZ və Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin birgə həyata keçirdiyi proqram çərçivəsində baş tutub. Proqrama əsasən, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ və Oğuz rayonlarında fəaliyyət göstərən fındıq emalı müəssisələri arasında anket sorğusu keçirilib və "Azərbaycan Respublikasının fındıq ixracatçıları" kataloqu üçün müvafiq məlumatlar toplanıb. Yaxın zamanlarda bu kataloq çap olunaraq xarici ölkələrdə yayımlanacaq. Həyata keçirilən tədbirlər Azərbaycanda ixrac potensiallı digər məhsulların da təşviqinə töhfə verəcək. "Azərbaycanda fındıq emalı və ixracının perspektivləri" mövzusunda növbəti tədbir iyulun 20-də Qax rayonunda keçiriləcək.
Qeyd edilir ki, Azərbaycan dünyada fındıq istehsalı və ixracı sahəsində Türkiyə, İtaliya və ABŞ-dan sonra 4-cü yerdədir. Azərbaycanda yetişdirilən "Ata-baba" fındıq növü öz qida keyfiyyətinə görə dünya bazarında özünəməxsus yer tutur.
banner

Oxşar Xəbərlər