• cümə axşamı, 28 mart, 13:20
  • Baku Bakı 16°C

Azərbaycanda faciə: çiçək yığmaq istədi, qayadan yıxılıb öldü

12.07.13 12:55 1275
Azərbaycanda faciə: çiçək yığmaq istədi, qayadan yıxılıb öldü
Gədəbəy rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Çanaxçı kəndində baş verib.
Əslən Tovuzdan olan Rusiya Federasiyasının vətəndaşı, 65 yaşlı Valeh Məmmədov Gədəbəyin Hacaqaya ziyarətgahından qayıdarkən yolda çiçək yığmağa dayanıb. Bu zaman o, qayalıqdan yıxılaraq ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, V.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.
banner

Oxşar Xəbərlər