• şənbə, 20 Aprel, 13:55
  • Baku Bakı 23°C

Azərbaycanda əsgər zabiti və əsgər yoldaşını güllələdi

07.04.14 16:51 1359
Azərbaycanda əsgər zabiti və əsgər yoldaşını güllələdi
Azərbaycanda hərbi hissədə silahlı insident olub. APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.
Hərbi hissənin əsgəri Gərəkməzli Seymur Rüstəm oğlunun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş onun əsgər yoldaşı İntiqam İlham oğlu İsmayılova və hərbi hissə komandirinin müavini Ramin Əliyevə dəyib.
Güllə yarası alan əsgər İ.İsmayılov dünyasını dəyişib.
R.Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
banner

Oxşar Xəbərlər