• cümə, 19 Aprel, 02:16
  • Baku Bakı 18°C

Azərbaycanda eramızdan əvvəl 2-ci minilliyə aid qəbirlər tapılıb

29.07.13 16:39 2456
Azərbaycanda eramızdan əvvəl 2-ci minilliyə aid qəbirlər tapılıb
Tarix elmləri doktoru, professor Hidayət Cəfərov APA-ya bildirib ki, aparılan arxeoloji araşdırmalar zamanı tapılan qəbirlərdə xeyli sayda zəngin məlumatlar əldə etmək mümkün olub. Aşkar olunan qəbirlər əsasən, bizim eradan əvvəl 12-ci, 11-ci əsrlərə aid edilir. Nekropolda indiyədək 20-dək qəbir açılıb. E.ə. XII-XI əsrlərə aid torpaq qəbirlərdə çoxlu miqdarda saxsı qablar, küplər, sərnic, bardaq, cam, nehrə, bəzək əşyaları (qolbağlar, üzüklər, sırğalar, mindən artıq əqiq, misir pastası, şüşə və tuncdan muncuqlar) aşkar edilib. Ölülər sol və ya sağ yanı üstə bükülü vəziyyətdə dəfn olunub: “Tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn edildiyini göstərir. Tarixi abidə Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Bu tapıntılar qazıntı aparılan ərazidə son tunc və ilk dəmir dövründə davamlı yaşayış olduğunu sübut edir və sənətkarlığın müxtəlif sahələrini öyrənməyə imkan verir”.
Arxeoloqun sözlərinə görə, hazırda araşdırılan Palıdlı nekropolu Qarabağ bölgəsində son yüz on ildə aparılan arxeoloji qazıntılar zamanı tapılan torpaq qəbirlərdən ibarət ilk nekropoldur: “Hazırda işğal altında olan Ağdam şəhəri istiqamətində ermənilərin apardığı arxeoloji qazıntılar zamanı tapılan nümunələr də sübut edir ki, ermənilər tarixən bu ərazidə yaşamayıblar. “Tiqranakert”i tapdıqlarını iddia edən ermənilərin aşkarladığı qədim Govur qala antik dövr yaşayış yeridir. Bu da vaxtilə görkəmli Azərbaycan tarixçisi Rəşid Göyüşov tərəfindən aşkarlanıb və tədqiq edilib”.
Hazırda ərazidə mövcud olan bütün arxeoloji abidələrdə də kəşfiyyat işləri aparılır.
banner

Oxşar Xəbərlər