• cümə, 19 Aprel, 04:27
  • Baku Bakı 18°C

Azərbaycanda energetika sahəsi üzrə peşə təhsil kompleksi yaradıla bilər

11.01.21 11:30 364
Azərbaycanda energetika sahəsi üzrə peşə təhsil kompleksi yaradıla bilər
Hər il orta məktəbi bitirən, lakin ali məktəblərə daxil ola bilməyən, o cümlədən IX sinifdə məktəbdən ayrılan minlərlə gəncin elektroenergetika üzrə peşə təhsilinə cəlb edilməsi, onların yetişdirilməsinə dair təhsil kompleksi yaradıla bilər.
"Azərenerji" ASC-dən "APA-Ecionomics"ə verilən məlumata görə, qeyd olunan məsələ "Azərenerji"nin rəhbəri Baba Rzayevlə ADA Universitetinin rektoru Hafiz Paşayev arasında keçirilən görüşdə müzakirə olunub.
Bildirilib ki, bu, həm ADA Universitetinin, həm də "Azərenerji"nin maraq dairəsində olan vacib məsələdir. Tərəflər yubanmadan bu peşə təhsili ilə bağlı birgə əməli işə keçməyin vacibliyini bildiriblər. Görüşdə energetika sahəsinin peşə təhsili üzrə inkişaf etdirilməsinin vacibliyi və bu barədə əməkdaşlığın aparılması ilə bağlı detallar müzakirə olunub.

banner

Oxşar Xəbərlər