• cümə axşamı, 28 mart, 19:34
  • Baku Bakı 13°C

Azərbaycanda ən böyük BakcellİM Sumqayıtda fəaliyyətə başladı - Fotolar

18.11.16 19:37 1128
Azərbaycanda ən böyük BakcellİM Sumqayıtda fəaliyyətə başladı - Fotolar
"Sumqayıt bizim abunəçi bazasının çox geniş olduğu şəhərlərdən biridir. Açılışına toplaşdığımız bu yeni Satış və Xidmət Mərkəzi Azərbaycanda ən böyük "BakcellİM”dir. İnanırıq ki, Sumqayıt şəhərinin sakinləri və qonaqlar bu mərkəzdə bizim xidmətlərimizdən rahatlıqla faydalanacaqlar”. Azərbaycanın ilk Mobil Operatoru və Aparıcı Mobil Provayderi Bakcell şirkətinin Sumqayıt şəhərində növbəti Satış və Xidmət Mərkəzinin açılışında səslənən bu fikirlər müştərilərə mobil operatorun xidmət və məhsulları haqda məlumat əldə etmək və satışda olan müxtəlif mobil cihazları sınaqdan keçirə bilmək imkanı qazandırdı. Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Bekers hazırda şirkətin 30 Xidmət Mərkəzinin paytaxt və bölgələrdə öz abunəçilərinə ən yüksək müştəri xidməti göstərdiyini bildirdi: "Şirkət öz xudmətlərini abunəçilərinə daha yaxın etmək üçün satış və xidmət şəbəkəsini daha da genişlədirəcək. Ümid edirəm ki, abunəçilərimiz bu məkandan zövq alacaqlar. Onlar burada yaxşı xidmət görəcək və keyfiyyətli məhsullar əldə edəcəklər. Mən vəd edirəm ki, 2017-ci ildə ediləcək sərmayələrimizlə 3G və 4G texnologiyalarını bu şəhərə gətirəcəyik”.
Abunəçilər Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində (Şəqr bazarının yanı) yerləşən bu yeni konsept və dizaynlı Şatış və Xidmət Mərkəzinə gəlməklə satışda olan müxtəlif mobil cihazları sınaqdan keçirə və Bakcell xidmət və məhsulları haqda istədikləri məlumatı əldə edə biləcəklər. Qeyd edək ki, yeni istifadəyə verilən Satış və Xidmət Mərkəzi şirkətin Sumqayıtda fəaliyyət göstərən üçüncü anoloji mərkəzidir.






banner

Oxşar Xəbərlər