• cümə axşamı, 25 aprel, 02:05
  • Baku Bakı 19°C

Azərbaycanda elmi işçilərin əhatə dairəsi genişləndirilib

05.10.17 12:25 1403
Azərbaycanda elmi işçilərin əhatə dairəsi genişləndirilib
Azərbaycanda elm və elmi xidmət sahəsində elmi işçilərin əhatə dairəsi genişləndirilib.

APA-nın məlumatına görə, bu,Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiKollegiyasının təsdiq etdiyi "Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda təsdiqini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiKollegiyasının 2008-ci il yanvarın 25-də təsdiqlədiyi Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən elmi işçilər kateqoriyasına yalnız baş elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi və kiçik elmi işçi daxil edilib. Bundan sonra isə baş konstruktor, konstruktor (aparıcı konstruktor da daxil olmaqla), baş mühəndis, mühəndis (aparıcı mühəndis də daxil olmaqla), baş texnoloq, texnoloq (aparıcı texnoloq da daxil olmaqla) və assistent də elmi işçi sayılacaq. Dəyişikliklə əlaqədar elm və elmi xidmət sahəsinə daxil edilən qulluqçuların əməyinin ödəniş dərəcələri də dəyişib.

banner

Oxşar Xəbərlər