AZE | RUS | ENG |

Azərbaycanda əlil tələbələrin təhsil haqqından azad edilsin

Azərbaycanda əlil tələbələrin təhsil haqqından azad edilsin
Azərbaycanda əlil tələbələrin təhsil haqqından azad edilməsi təklif edilir.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
Deputat bildirib ki, Azərbaycanda əlil tələbələrin sayı çox deyil və onların təhsil haqqından hansısa formada azad olunmaları bu kateqoriyadan olan şəxslərin tam şəkildə təhsil almasına imkan yarada bilər:
"Onların sağlamlığının qayğısına qalmağa ehtiyacları var. Bu baxımdan onlar müraciət edərək təhsil haqqından azad edilmələrini xahiş edirlər. Bunun bir hissəsini universitetlər, bir hissəsini Təhsil Nazirliyi, bir hissəsini isə azad iqtisadiyyatla məşğul olanlar öz üzərinə götürsələr, onların tam şəkildə təhsil almasına imkan yaranar”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311