AZE | RUS | ENG |

Azərbaycanda dünya çempionatı start götürür

Azərbaycanda dünya çempionatı start götürür
Oktyabrın 13-dək davam edəcək mübarizəyə 16 ölkə yığması qatılacaq

Sentyabrın 22-də Azərbaycanda ilk dəfə 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı start götürəcək. Lent.az-ın məlumatına görə, oktyabrın 13-dək davam edəcək mübarizəyə 16 ölkə yığması qatılacaq.
Azərbaycan təşkilatçı ölkə qismində təmsil olunacaq. Avropanın digər təmsilçiləri isə Fransa ilə Almaniyadır. Kolumbiya, Braziliya və Uruqvay Cənubi, Kanada, ABŞ və Meksika Şimali Amerikadan, Nigeriya, Qambiya və Qana Afrika, KXDR, Yaponiya və Çin Asiya, Yeni Zelandiya isə Okeaniya qitəsindən çempionatda iştirak edəcəklər.
İlk oyun Bakıdakı 8-ci km stadionunda Fransa və ABŞ milliləri arasında olacaq. B qrupunun görüşü saat 13:00-da başlanacaq. Bundan 2 saat sonra Lənkəran şəhər mərkəzi stadionunda KXDR ilə Qambiya yığmaları üz-üzə gələcəklər. Saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Nigeriya – Kanada oyunu, saat 18:30-da açılış mərasimi, saat 20:00-da Azərbaycan – Kolumbiya matçı olacaq.
Sentyabrın 21-də FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mətbuat konfransı keçirilib.
Konfransda FİFA-nın prezidenti Yozef Blatter, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov, FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni və FİFA Təşkilat Komitəsinin sədri səlahiyyətlərini icra edən Anastasia Tsichlas iştirak ediblər.
İlk olaraq AFFA prezidenti konfrans iştirakçılarını salamlayıb: "FIFA-nın rəhbərliyinə təşəkkür edirik ki, bizə inandılar və bu çempionatın Azərbaycanda keçirilməsinə razılıq verdilər. Hazırlıq dövründə yüksək səviyyədə işlər görməyə çalışdıq. Artıq iştirakçı komandaların hamısı Azərbaycandadır. Biz də çempionat davam etdiyi dövrdə ölkəmizin qonaqpərvərliyini göstərəcəyik".
FİFA-nın prezidenti Yozef Blatter görülən işlərdən razı qaldığını qeyd edib: "Xoş sözlərə görə AFFA prezidentinə təşəkkür edirəm. Start götürəcək dünya çempionatı böyük tarixi hadisədir. Çempionatın Azərbaycanda keçirilməsi qadın futbolunun inkişafı baxımından əhəmiyyətlidir. Bu dəfə fərqli məkandayıq. Tarixi aspektdən yanaşsaq, Bakı müxtəlif mədəniyyətlərin qovşağında yerləşir. Futbol hamı üçün açıqdır. Burada müxtəlif mədəniyyətlərin nümayəndələri iştirak edirlər. Dünya çempionatında bütün qitələrdən komandalar var. Azərbaycan çempionatın keçirilməsinə xüsusi səy göstərdi. Ölkə prezidenti cənab İlham Əliyevin qayğısı, himayədarlığı daim hiss olunur. AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən də göstərilən diqqəti qeyd etmək istəyirəm.
Açılış mərasiminin xüsusi əhəmiyyəti var. Təntənəli açılış mərasimi keçiriləcək ki, indiyə qədər bunu heç yerdə izləməmişik. Tədbirdə Cenifer Lopez kimi dünya şöhrətli müğənni iştirak edəcək. Azərbaycanda hər şey yüksək səviyyədə təşkil edilib. Gözəl mühit, şərait yaradılıb. FIFA-nın bütün tələbləri yerinə yetirilib. Maraqlı oyunlar izləyəcəyimizə ümid edirik".

Dünya çempionatının təqvimi:

A qrupu: Azərbaycan, Kolumbiya, Nigeriya, Kanada
B qrupu: Fransa, ABŞ, KXDR, Qambiya
C qrupu: Meksika, Yeni Zelandiya, Braziliya, Yaponiya
D qrupu: Uruqvay, Qana, Çin, Almaniya

22 sentyabr

13:00. Fransa – ABŞ
8-ci km stadionu

15:00. KXDR – Qambiya
Lənkəran şəhər mərkəzi stadionu

17:00. Nigeriya – Kanada
Tofiq Bəhramov adına Respublika stadionu

20:00. Azərbaycan – Kolumbiya
Tofiq Bəhramov adına Respublika stadionu

23 sentyabr

15:00. Meksika – Yeni Zelandiya
Bayıl Arena

18:00. Braziliya – Yaponiya
Bayıl Arena

15:00. Uruqvay – Çin
Dalğa Arena

18:00. Qana – Almaniya
Dalğa Arena

25 sentyabr

14:00. Kolumbiya - Kanada
“Şəfa” stadionu

14:00. Fransa – KXDR
Dalğa Arena

17:00. ABŞ – Qambiya
Dalğa Arena

17:00. Azərbaycan – Nigeriya
Lənkəran şəhər mərkəzi stadionu

26 sentyabr

17:00. Meksika – Braziliya
8-ci km stadionu

17:00. Uruqvay – Qana
Bayıl Arena

20:00. Yeni Zelandiya – Yaponiya
8-ci km stadionu

20:00. Çin – Almaniya
Bayıl Arena

29 sentyabr

17:00. ABŞ – KXDR
Bayıl Arena

17:00. Qambiya – Fransa
Dalğa Arena

20:00. Kolumbiya – Nigeriya
Bayıl Arena

29 sentyabr
20:00. Kanada – Azərbaycan
Dalğa Arena

30 sentyabr

14:00. Yaponiya – Meksika
“Şəfa” stadionu

14:00. Yeni Zelandiya – Braziliya
8-ci km stadionu

17:00. Çin – Qana
8-ci km stadionu

17:00. Almaniya – Uruqvay
Lənkəran şəhər mərkəzi stadionu

4 oktyabr
¼ final


17:00. B qrupunun birincisi – A qrupunun ikincisi
8-ci km stadionu

20:00. A qrupunun birincisi – B qrupunun ikincisi
8-ci km stadionu

5 oktyabr
¼ final


17:00. D qrupunun birincisi – C qrupunun ikincisi.
Lənkəran şəhər mərkəzi stadionu

20:00. C qrupunun birincisi – D qrupunun ikincisi
8-ci km stadionu

9 oktyabr
Yarımfinal


17:00. Birinci yarımfinal
8-ci km stadionu

20:00. İkinci yarımfinal
8-ci km stadionu

13 oktyabr

17:00. 3-cü yer uğrunda oyun
Tofiq Bəhramov adına Respublika stadionu

20:00. FİNAL
Tofiq Bəhramov adına Respublika stadionu.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202