• cümə axşamı, 28 mart, 16:07
  • Baku Bakı 16°C

Azərbaycanda doğulan körpələrə daha çox hansı adların qoyulduğu açıqlanıb - Siyahı

05.11.16 11:24 987
Azərbaycanda doğulan körpələrə daha çox hansı adların qoyulduğu açıqlanıb - Siyahı
Bu ilin 10 ayı ərzində Azərbaycanda doğulan körpələrə daha çox qoyulan adların ilk onluğunda Yusif (2698), Hüseyn (1808), Əli (1746), Ömər (1378), Məhəmməd (1126), Zəhra (2338), Nuray (1742), Fatimə (1512), Zeynəb (1446) və Aylin (1341) adları gəlir.
Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, siyahıda ilk iyirmilikdəTunar (1051), Murad (1051), Ayxan (972), Uğur (970), İbrahim (737), Məryəm (1245), Ayan (1100), Mələk (1070), Mədinə (865), Dəniz (885) adları da yer alıb.
Bundan başqa, bu il uşaqlara verilən adlar arasında Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Emil, Fərid, İsmayıl, Ramal, Gülay, Xədicə, Səma, Leyla, Fidan, İnci, Banu, Nəzrin, Yağmur, Aysu kimi adlar üstünlük təşkil edib.
Ümumiyyətlə, qoyulan adlar arasında ərəb və fars mənşəli olanlar daha çoxdur.
banner

Oxşar Xəbərlər