• cümə, 29 Mart, 19:05
  • Baku Bakı 14°C

Azərbaycanda ÜDM istehsalı 2023-cü ilədək pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq

13.01.21 15:00 411
Azərbaycanda ÜDM istehsalı 2023-cü ilədək pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq
2020-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi 2019-cu il ilə müqayisədə 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib. Bu, son 3 ilin ən aşağı göstəricisidir.
"APA-Economics"in verdiyi məlumata görə, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında deyilir.
Xatırladaq ki, "Azərbaycan Respublikasının 2021-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" sənədinə əsasən 2021-ci ildə ölkədə ÜDM istehsalı 75 752,7 mln. manata qədər artacaq, 2022-ci ilin yekunlarına görə isə, demək olar ki, 2019-cu ilin səviyyəsinə (81 681 mln. manat) çataraq 81 308,5 mln. manat təşkil edəcək.
Qeyd edək ki, uzunmüddətli proqnozlara əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM-in həcmi 86 471,4 mln. manat, 2024-cü ildə isə 91 070,6 mln. manat olacaq.

banner

Oxşar Xəbərlər