• çərşənbə axşamı, 23 aprel, 20:38
  • Baku Bakı 20°C

“Azərbaycanda dini sabitliyi poza biləcək qrup, cərəyan yoxdur“

07.05.15 10:04 248
“Azərbaycanda dini sabitliyi poza biləcək qrup, cərəyan yoxdur“
Mübariz Qurbanlı: "Hansısa dini qrupun, cərəyanın qarşıdan gələn Avropa Oyunlarına xələl gətirmə ehtimalı sıfra bərabərdir"
"Azərbaycanda dini baxımdan sabitlik mövcuddur, ona görə də hansısa dini qrupun, cərəyanın qarşıdan gələn Avropa Oyunlarına xələl gətirmə ehtimalı sıfra bərabərdir".
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M. Qurbanlı bildirib ki, aparılan profilaktik işlər, xüsusilə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər bu sahədə sabitliyin tam bərqərar olmasına gətirib çıxarıb.
"Azərbaycanda dini radikalizmin ayrı-ayrı elementləri nəzərə çarpsa da, bu, ictimai, siyasi, mənəvi həyata təsir etmək imkanında deyil", - deyə M. Qurbanlı qeyd edib.
O, Avropa Oyunlarının Azərbaycan üçün tarixi, psixoloji, siyasi, iqtisadi və mənəvi əhəmiyyəti olduğunu vurğulayıb: "Bu oyunların ilk dəfə Azərbaycanda keçirilməsi hər bir vətəndaş üçün qürurverici hadisədir. Avropa Oyunlarının bizim ölkədə keçirilməsi eyni zamanda bizi istəməyən, bizə qarşı olan hansısa dairələrə, o cümlədən bizimlə düşmənçilik edən Ermənistan və erməni lobbisinə qarşı ideoloji əhəmiyyət kəsb edən hadisədir".
M. Qurbanlının sözlərinə görə, Azərbaycanda dini sabitliyi pozacaq hər hansı qrup, cərəyan mövcud deyil: "Avropa oyunları yüksək səviyyədə keçiriləcək, bu oyunları pozmaq cəhdində bulunanların hansısa cəhdi baş tuta bilməz".
banner

Oxşar Xəbərlər