• çərşənbə axşamı, 19 mart, 06:05
  • Baku Bakı 8°C

Azərbaycanda dini bərabərliyə əsaslanan cəmiyyət mövcuddur

25.06.18 14:03 375
Azərbaycanda dini bərabərliyə əsaslanan cəmiyyət mövcuddur
"Azərbaycan bütün dünyaya bəyan edib ki, dini bərabərliyə əsaslanan cəmiyyət yaratmaq və onu inkişaf etdirmək mümkündür. Belə bir cəmiyyət Azərbaycanda var".
Trend-in məlumatına görə, bunu Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev "Bakı prosesi: icmalar və vəzifələr" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan kiçik ölkə olsa da, onun əməlləri böyükdür: "Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir. Azərbaycan bizim evimizdir. Biz Azərbaycanı həmişə vətənimiz saymışıq. Bizim icma bundan sonra da Azərbaycanın ictimai həyatında fəal iştirak edəcək".
M.Yevdayev qeyd edib ki, "Bakı prosesi" mədəniyyətlərarası, dinlərarası dialoqun qurulmasına, eyni zamanda müstəqil Azərbaycanın tanınmasına yardım göstərib.
"Bakı prosesi"nin hələ də davam etdiyini deyən M.Yevdayev əlavə edib ki, Azərbaycanın dünya dövlətləri arasında tanınması üçün çox işlər görülməlidir.
banner

Oxşar Xəbərlər