• cümə axşamı, 18 aprel, 13:53
  • Baku Bakı 22°C

Azərbaycanda deputatın etik davranış kodeksi hazırlanır

13.01.17 15:40 926
Azərbaycanda deputatın etik davranış kodeksi hazırlanır
Azərbaycanda deputatlarının etik davranış qaydaları hazırlanır.
APA-nın məlumatına görə, deputatın etik davranış kodeksinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir.
Sənəddə dövlət qulluqçularında olduğu kimi, deputatın da davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək və buna hüquqi müstəvidə yanaşılacaq.
Qeyd edək ki, Azərbaycanda indiyə qədər parlament üzvləri ilə bağlı belə sənəd mövcud olmayıb.
banner

Oxşar Xəbərlər