Azərbaycanda

Azərbaycanda "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında" qanun layihəsi hazırlanıb

İqtisadiyyat
06 Noyabr 2019, 12:51 652
Azərbaycanda "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” qanun layihəsi hazırlanıb.
"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq forumunda çıxış edən Azərbaycan Maliyyə Bazarlarında Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədrinin vəzifəsini icra edən İbrahim Alışov deyib.
Onun sözlərinə görə, qanun layihəsi özündə bir sıra aspektləri əhatə edir və 9 fəsil, 72 maddədən ibarətdir.

"Bu qanun layihəsi bir neçə dəfə müvafiq dövlət qurumları ilə müzakirə olunub və düşünürük ki, artıq yekun mərhələyə çatmışıq və bu yekun mərhələdə biz bu qanun layihəsini ilin sonunadək Nazirlər Kabinetinə təqdim edə biləcəyik", - deyə İ. Alışov qeyd edib.