• cümə, 26 Aprel, 18:03
  • Baku Bakı 22°C

Azərbaycanda dəhşət: ər-arvad üz-üzə dayanıb intihar etdilər

09.01.14 14:20 1715
Azərbaycanda dəhşət: ər-arvad üz-üzə dayanıb intihar etdilər
Azərbaycanda gənc ər və arvadı sirkə turşusu içərək intihar edib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Tərtər rayon sakinləri, 1983-cü il təvəllüdlü Turan Həsənov və arvadı, 1986-cı il təvəllüdlü Gülnar Həsənova zəhərlənmə diaqnozu ilə Bərdə rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Məlum olub ki, gənc ər və arvadı yaşadıqları evdə sirkə turşusu içərək özlərini zəhərləyiblər.
Lent.az-ın əldə etdiyi məlumata görə, G.Həsənova və həyat yoldaşı, 31 yaşlı Turan evdə üz-üzə duraraq eyni zamanda sirkə turşusunu içiblər. Lakin yaxınları hadisədən xəbər tutub və onlar daha yaxında yerləşən Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində hər iki gəncin həyatını xilas etmək mümkün olub. Onların vəziyyəti orta-ağırdır.
Gənc cütlüyün hansı səbəbdən eyni zamanda intihara cəhd etməsi müəmmalı olaraq qalır.
Hadisə ilə bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır. Hələlik cinayət işi açılmayıb.
banner

Oxşar Xəbərlər