• cümə axşamı, 28 mart, 21:10
  • Baku Bakı 13°C

Azərbaycanda daha iki hərbi zavod fəaliyyətə başlayır

19.01.18 12:30 973
Azərbaycanda daha iki hərbi zavod fəaliyyətə başlayır
Yaxın zamanlarda Azərbaycanda daha iki hərbi zavodun açılışı nəzərdə tutulur.
APA-nın məlumatına görə, bu barədəMüdafiə Sənayesi Nazirliyində nazirYavər Camalovun sədrliyi ilə keçirilənkollegiya iclasındabildirilib.
Qeyd olunub ki,Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan və ötən illərdə aparılan tikinti, yenidənqurma işlərindən sonra istismara verilən 56 istehsal müəssisəsi ilə yanaşı, 2017-ci ilin iyununda iki istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandanİlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
banner

Oxşar Xəbərlər