• şənbə, 20 Aprel, 03:52
  • Baku Bakı 15°C

Azərbaycanda daha bir bankda müdhiş fırıldaqçılıq

13.05.13 17:48 1395
Azərbaycanda daha bir bankda müdhiş fırıldaqçılıq
Baş Prokurorluq “Atrabank” Açıq Səhmdar Cəmiyyətinin Xəzər rayon filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə məlumat yayıb. Məlumatda bildirilir ki, filialın vəzifəli şəxsləri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş məlumatlar araşdırılıb.
Müəyyən edilib ki, filialın vəzifəli şəxsləri tərəfindən 1 aprel 2011-ci ildən 1 sentyabr 2012-ci ilədək olan dövr ərzində saxta sənədlər əsasında, həmçinin bir çox hallarda yararsız vəziyyətdə olan avtomobillərin girov qoyulması yolu ilə 145-dən artıq vətəndaşın hər birinin adına kreditin rəsmiləşdirilərək mənimsənilməsi və yol verilmiş digər qanunsuz hərəkətlər nəticəsində ümumilikdə banka 600.0 min manatdan artıq məbləğdə külli miqdarda ziyan vurulub.
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
banner

Oxşar Xəbərlər