• çərşənbə axşamı, 19 mart, 06:13
  • Baku Bakı 8°C

Azərbaycanda daha 226 nəfərdə koronavirus aşkarlanıb

27.01.21 16:15 489
Azərbaycanda daha 226 nəfərdə koronavirus aşkarlanıb
Azərbaycanda son sutkada koronavirusa 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Kaspi.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 229 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3105 nəfər vəfat edib. Hazırda 4 762 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7458, bu günə qədər isə ümumilikdə 2 380 074 test icra olunub.
banner

Oxşar Xəbərlər