• cümə, 29 Mart, 19:39
  • Baku Bakı 14°C

Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı

24.05.20 16:25 1294
Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı
Azərbaycan Respublikasında 140 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 4 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 270.739 test aparılıb.
banner

Oxşar Xəbərlər