• şənbə, 20 Aprel, 06:27
  • Baku Bakı 14°C

Azərbaycanda daha 136 adda müdafiə təyinatlı məmulatın istehsalı planlaşdırılır

19.01.18 12:50 609
Azərbaycanda daha 136 adda müdafiə təyinatlı məmulatın istehsalı planlaşdırılır
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində Müdafiə SifarişiProqramına müvafiq olaraq 126 mövzunu əhatə edən 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılıb.
APA-nın məlumatına görə, bu barədəMüdafiə Sənayesi Nazirliyində nazirYavər Camalovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, nazirliyin Elmi-Tədqiqat İnstitutunda 31 mövzu, o cümlədən, müdafiə təyinatlı məmulatların yaradılması işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən isəmüxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən, 17 müdafiə təyinatlı məmulatların yaradılması işləri aparılıb.
banner

Oxşar Xəbərlər