• cümə axşamı, 25 aprel, 13:41
  • Baku Bakı 23°C

Azərbaycanda çörək bahalaşıb?- Rəsmi açıqlama

04.04.14 15:41 1427
Azərbaycanda çörək bahalaşıb?- Rəsmi açıqlama
Paytaxt Bakının bir sıra bazarlarında un və un məhsullarının qiymətində bahalaşma müşahidə olunub. Suraxanı rayonu sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, “Suraxanı” bazarında unun bir kisəsinin qiyməti bahalaşıb.
Sakinlərin bildirdiyinə görə, bazarda unun qiymətinin bahalaşması son bir neçə gündə müşahidə olunur.
Unun qiymətinin bahalaşması təbii olaraq çörəyin qiymətinə və ya çəkisinə də təsirsiz ötüşmür. Belə ki, paytaxtda yerləşən bir sıra mağazalarda çörəyin çəkisinin azaldığı bildirilir. Bəs, Azərbaycanda çörəyin qiymətinin bahalaşması gözlənilir?
Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat katibi Abbas Əliyev unun qiymətinin bahalaşmadığını qeyd edib. Onun sözlərinə görə, mütəmadi olaraq keçirilən monitorinqlər zamanı un və un məhsullarının qiymətində artımın olmadığı qeydə alınıb.
Abbas Əliyev bu cür halların aşkar olunacağı təqirdə sahibkarların cəzalanacağını bildirib.
banner

Oxşar Xəbərlər