AZE | RUS | ENG |

Azərbaycanda böyrək köçürülmüş 900-dən çox insan var

Azərbaycanda böyrək köçürülmüş 900-dən çox insan var
Hazırda Azərbaycanda böyrək köçürülmüş 900-dən çox insan var və onların dərman təminatını dövlət öz üzərinə götürüb.
Trend-in məlumatına görə, respublikanın şəhər və rayonlarında 44 hemodializ mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə 3600-dən çox xroniki böyrək çatışmazlığı olan xəstə hemodializ seansları və dərman preparatları ilə təmin edilir.
Səhiyyə Nazirliyinin məlumatına görə, bu gün Azərbaycanda dövlət hesabına hemodializlə müalicə üçün növbədə olan xəstə yoxdur. Hazırda xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyi tərəfindən tam təmin olunurlar.
Qeyd edək ki, xroniki böyrək çatışmazlığı və ya böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır.
Böyrəklərin xroniki iltihabi xəstəlikləri, sidik yollarının infeksiyaları, anadangəlmə böyrək anomaliyaları, bir sıra uroloji patologiyalar və böyrək daşı xəstəliyi, şəkərli diabet, hipertoniya xəstəliyi və s. böyrək çatışmazlığı ilə fəsadlaşa bilər.
Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşısını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur ki, bunlara hemodializ, periton dializi və böyrəkköçürmə aiddir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8859
GEL 1 1 Gürcüstan larisi 0.5804
GBP 1 1 İngiltərə funt sterlinqi 2.066
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1755
CHF 1 1 İsveçrə frankı 1.736
KWD 1 1 Küveyt dinarı 5.5894
TRY 1 1 Türkiyə lirəsi 0.2965