• şənbə, 20 Aprel, 03:01
  • Baku Bakı 15°C

Azərbaycanda biznes kreditlərinin ucuzlaşacağı gözlənilir

15.11.13 10:49 1277
Azərbaycanda biznes kreditlərinin ucuzlaşacağı gözlənilir
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə biznes kreditləşməsinin inkişafında maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmovun sözlərinə görə, bunun üçün bank sistemində iki əsas komponent olmalıdır ki, bunlardan biri banklarda maliyyə resurslarının kifayət qədər olması, digəri isə biznes-kreditlərin ucuz olmasıdır. E.Rüstəmov bəyan edib ki, Mərkəzi Bank biznes-kreditlərin faiz dərəcələrinin birrəqəmli göstəriciyə çatdırılmasını qarşıya məqsəd qoyub.
Eyni zamanda, istehlak kreditləri üzrə mövcud faiz dərəcələrini şərh edən AMB sədri qeyd edib ki, əksər dövlətlər, o cümlədən MDB və inkişaf etmiş ölkələrdə vəziyyətin tədqiqatları göstərir ki, Azərbaycandakı faiz dərəcələri yüksək deyil. Həmçinin, əhali tərəfindən bu kreditlərə böyük tələbat var və eyni zamanda banklar tərəfindən istehlak kreditlərinin verilməsinə böyük meyllilik müşahidə olunur.
«Ümumilikdə, ölkədə istehlak kreditlərinə həm böyük tələbat, həm də böyük təklif var. AMB istəyir ki, biznes kreditləri üzrə də bu dərəcədə təklif olsun, çünki hazırda tələbat var, lakin təklif tələbatdan zəifdir», - deyə E.Rüstəmov əlavə edib ki, AMB-nin ölkədə biznes kreditləşməsinin inkişafı ilə bağlı banklarla müəyyən iş aparacağı gözlənilir.
banner

Oxşar Xəbərlər