• çərşənbə axşamı, 23 aprel, 15:07
  • Baku Bakı 24°C

“Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabının müzakirəsi olub

24.06.15 14:01 1696
“Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabının müzakirəsi olub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində araşdırmaçı-jurnalist Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabının müzakirəsi keçirilib. Mərkəzdən APA-ya verilən məlumata görə, tədbirin açılışında çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov Niyaz Niftiyevin müəllif olduğu kitabın Azərbaycanın multikulturalizm siyasətinə töhfə olduğunu söyləyib.
Tədbirin moderatoru, Prezident Administrasiyası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov bildirib ki, müzakirənin məqsədi kitabla bağlı tədbirdə iştirak edən alimlərin maraqlı fikirlərini öyrənməkdir.
Qısa məruzə ilə çıxış edən müəllif Niyaz Niftiyev “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabının ön söz, giriş, nəticə, xülasə hissədən və 12 bölmədən ibarət olduğunu söyləyib. Əlavə edib ki, kitabda azlıq anlayışına həm əcnəbi, həm də yerli alimlərin baxışı verilib, multikulturalizm anlayışı bir neçə ölkə təcrübəsindən öyrənilib, azərbaycançılıq ideologiyasının hansı şəraitdə yaranması və bu ideologiyanın milli birliyin təminatında rolu barədə məlumat da əks olunub.
Müzakirələrdə çıxış edən Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin baş məsləhətçisi Həcər Verdiyeva, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, professor Sakit Hüseynov, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, professor Əli Abbasov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov, Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri, dosent Aytən Qəhrəmanova və başqaları çıxış edərək kitabın müsbət məziyyətləri ilə yanaşı, irad və təkliflərini də bildiriblər.
banner

Oxşar Xəbərlər