• cümə axşamı, 25 aprel, 08:12
  • Baku Bakı 14°C

Azərbaycanda bir şagirdi olan iki məktəb var

06.05.21 18:15 850
Azərbaycanda bir şagirdi olan iki məktəb var
Azərbaycanda ən az şagird sayı olan məktəblər açıqlanıb.
Təhsil Nazirliyindən Kaspi.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisələrində şagird sıxlığı əhalinin məskunlaşma faizinə düz mütənasib olaraq dəyişir:"Belə olan halda sorğunuza cavab olaraq bildiririk ki, respublikada ən az şagirdi olan 2 məktəb var. Onlar Lerik rayon Təndül kənd və Şabran rayon Leyti kənd ibtidai məktəbləridir. Adıçəkilən təhsil müəssisələrində 1 nəfər təhsil alan qeydə alınıb".
banner

Oxşar Xəbərlər