• cümə axşamı, 28 mart, 16:25
  • Baku Bakı 16°C

Azərbaycanda bir kəndlə əlaqə kəsildi, FHN sakini xilas etdi

17.05.17 19:30 1146
Azərbaycanda bir kəndlə əlaqə kəsildi, FHN sakini xilas etdi
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Keçmədin kəndinə aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsinin kəsilməsi barədə məlumatdaxil olub.Lent.azFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu səbəbdən tibbi yardıma ehtiyacı olan 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə xilasedicilərə müraciət daxil olub. Müvafiq köməklik göstərilməsi məqsədi ilə dərhal Nazirliyin Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq vətəndaşın təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

Əməliyyat saat 13:46-da başa çatıb.
banner

Oxşar Xəbərlər