AZE | RUS | ENG |

Azərbaycanda bəzi yer adları dəyişdirilib

Azərbaycanda bəzi yer adları dəyişdirilib
Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə” adlı sənədə baxılıb.
 
APA-nın xəbərinə görə, layihə barədə regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. Layihəyə əsasən, ölkədə 15 rayon üzrə 25 yaşayış məntəqəsinin adlarının dəyişdirilir. A. Rəhimzadə qeyd edib ki, Toponimiya Komissiyasında bu məsələ müzakirə olunub və müvafiq qərar qəbul edilib.
 
Layihəyə əsasən, Ağsu rayonunun Gürcüvan kəndi Xanbulaq, Goranboy rayonundakı Ağamalıoğlu kəndi Düzqışlaq, Əzizbəyov kəndi Kəhrizli, Xaçmaz rayonu üzrə Alekseyevka kəndi Çaykənarı, Müqtədir qəsəbəsi İstisu, Xızı rayonundakı Şuraabad qəsəbəsi Şorabad, Qusar rayonunun Şirvanovka kəndi Şirvanlı, Masallı rayonu üzrə Kalinovka kəndi Viləş, Saatlı rayonunun Xanlarkənd kəndi Nabatkənd, Qarayevkənd kəndi Orta Muğan, Samux rayonundakı Qırmızı Samux qəsəbəsi Qaraağaclı, Şəmkir rayonunda Qasım İsmayılov kəndi Ağlavaşlı, Muxtariyyat kəndi Qədimqala adlandırılır.

Qeyd edilib ki, bu kənd və qəsəbələrin yerləşdikləri kənd inzibati ərazi dairələrinə də eyni adlar verilir. Bununla yanaşı, Astara rayonunun Qamışovka kəndi Qamışoba, Göygöl rayonunun Xanlar qəsəbəsi Ağdağ, Mixaylovka kəndi Bənövşəli, Xaçmazın Krasnı Xutor kəndi Şıxlı, Xızının Altıağac qəsəbəsindəki Çistı Klyuç kəndi Safbulaq, Qazaxdakı Kommuna kəndi Bala Çaylı, Qubanın Novonikolayevka kəndi Çaydüzü, Oğuz rayonunda Astarxanovka kəndi Çaldaş, Vladimirovka kəndi Çayqovuşan, Samux rayonunun Lüksemburq kəndi Köbər, Əli Bayramlı kəndi Sarıqaya, Yevlaxın Bünyadabad kəndi Yeni Çobankərə adlandırılır.

Layihə səsə qoyularaq, qəbul olunub. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000