• çərşənbə axşamı, 16 aprel, 20:50
  • Baku Bakı 18°C

Azərbaycanda baş vermiş yol qəzasında ölənlərin sayı 8-ə çatdı

29.12.13 12:17 1621
Azərbaycanda baş vermiş yol qəzasında ölənlərin sayı 8-ə çatdı
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 28-də saat 15 radələrində Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub. N. Qasımov və sərnişinləri - Bakı şəhər sakinləri Güloğlan Əliyev, Əfran Bəndiyev hadisə yerində, İ. Hacıəliyev və sərnişinləri - Ağsu rayon sakinləri Tutu Nuriyeva, Səməndər Xəlilov, Valeh Mədətov və Gülşən Nuriyeva xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişiblər.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
banner

Oxşar Xəbərlər