AZE | RUS | ENG |

Azərbaycanda bank kreditləşməsinin artımı gözlənilir

Azərbaycanda bank kreditləşməsinin artımı gözlənilir
2018-ci ildə Azərbaycan banklarının kredit portfeli 5-10 faiz artacaq.

Trend-in məlumatına görə, bu barədə "Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Agentlik yeni hesabatında Azərbaycan bank sistemi üzrə proqnoz "mənfi”dən "stabil”ə dəyişib.

Agentliyin fikrincə, iqtisadi artımın bərpa olunması kreditlərə tələbatın artmasına səbəb olacaq. Bu, əsasən əhaliyə kreditlərin artması hesabına baş verəcək.

Eyni zamanda 2018-ci ildə korporativ kreditləşmə dinamikası zəif olacaq.

Hesabatda qeyd olunur ki, bankların ümumi aktivlərində kreditlərin payı 2014-cü ildə 74 faizdən 2017-ci ildə 41 faizədək düşüb.

Agentlik Azərbaycan banklarının kredit portfellərinin problemli kreditlərdən təmizlənəcəyini gözləyir. Bundan başqa, bank sektorunun konsolidasiyası davam edəcək.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6570
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.2835
KWD 1 Küveyt dinarı 5.6023
SEK 1 İsveç kronu 0.1853
EUR 1 Avro 1.9349
CHF 1 İsveçrə frankı 1.7130
USD 1 ABŞ dolları 1.7000