AZE | RUS | ENG |

Azərbaycanda azarkeşləri söyən məşqçi cəzalandırıldı

Azərbaycanda azarkeşləri söyən məşqçi cəzalandırıldı
AFFA İntizam Komitəsi “Sumqayıt” klubunun məşqçisi Mehman Yunusovu sərt cəzalandırıb. Buna Yunusovun “Xəzər Lənkəran”la Topaz Premyer Liqasının XXII tur matçı zamanı azarkeşləri təhqir etməsi səbəb olub.

Məşqçi 67-ci dəqiqədə etdiyi hərəkət üzündən 5 oyunluq cəzaya məhkum edilib. Onun klubu isə 5000 manat cərimələnib.

İntizam Komitəsi AZAL-a 1:6 hesabı ilə uduzan “Qəbələ”ni də cəzalandırıb. 83-cü dəqiqədə “Qəbələ”nin futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Müdafiəçi 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. Matç başa çatdıqdan sonra “Qəbələ”nin futbolçuları stadionun soyunub-geyinmə otağının pəncərəsi sındırıblar. Əyalət klubu dəymiş zərərə uyğun olaraq AZAL-ın təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir. Paytaxt təmsilçisi də 1000 manat cərimələnib. Buna isə AZAL-ın 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.

“Bakı” ilə görüşdə 5, “Simurq”la matçda 6, “Bakı” ilə qarşılaşmada isə 4 futbolçusu sarı vərəqə alan “İnter”, “Kəpəz” və “Rəvan” hərəyə 1000 manat ziyana düşüb.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056