• şənbə, 20 Aprel, 10:50
  • Baku Bakı 14°C

Azərbaycanda aqrar sığortanın təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb

15.10.16 14:22 1053
Azərbaycanda aqrar sığortanın təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb
Kənd Təsərrüfatı Nazirliyi Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə aqrarsığortanın yeni modeli üzrə hərəkət planı hazırlayır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı dünyada ən riskli sahələrdən biridir: Bu sahədə olan risklərin yumşaldılması və fermerlərə dəyən zərərin ödənilməsini təmin etmək üçün biz ötən il Maliyyə Nazirliyi ilə birgə kənd təsərrüfatında sığorta işinin yenidən təşkili və bu sahədə dövlət dəstəyinin göstərilməsi üçün xüsusi qanun layihəsi hazırlayıb hökumətə təqdim etmişik. Hazırda həmin sənədə Milli Məclisdə baxılır".
Nazir müavini qeyd edib ki, nazirlik və Palatanın birgə işçi qrupu səviyyəsində növbəti addımlar atılır: "Aqrar sığortanın təkmilləşdirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlanacaq və qanun qəbul edildikdən sonra bu sahəsinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən həyata keçiriləcək stimullaşdırıcı tədbirlərin siyahısı müəyyənləşdirilir və bu istiqamətdə addımlar atılacaq".
banner

Oxşar Xəbərlər