• çərşənbə, 17 Aprel, 03:46
  • Baku Bakı 14°C

Azərbaycanda amnistiya gözlənilir

07.02.14 11:25 1675
Azərbaycanda amnistiya gözlənilir
Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsinin hazırlanması istiqamətində iş aparılır.
«APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bəyan edib.
Qeyd edək ki, söhbət ölkədə ümumi gəlirlər bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasından gedir. Belə ki, F.Məmmədovun sözlərinə görə, amnistiya olmadan ümumi bəyannamə sisteminə keçmək olmaz.
Nazirin fikrincə, bu və digər səbəblərə görə, əmlak və digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sistemini tətbiq etmək zərurəti var.
Eyni zamanda F.Məmmədov bildirib ki, amnistiya barədə qərarın nə vaxt veriləcəyi hələ dəqiq məlum deyil.
banner

Oxşar Xəbərlər