• cümə, 19 Aprel, 11:52
  • Baku Bakı 13°C

Azərbaycanda altsheymer xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb

20.09.17 12:40 1099
Azərbaycanda altsheymer xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb
"Ölkədə il ərzində altsheymer xəstəliyindən əziyyət çəkənlərin sayı təxminən 300-400-ə yaxın olur".
APA-nın xəbərinə görə, bunu Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev deyib. O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən dünya ölkələrində əhalinin orta yaş həddinin artması nəticəsində 2050-ci ilə qədər bu xəstəlikdən əziyyət çəkənlərin sayı 4 dəfə artacaq.
R. Salayev qeyd edib ki, xəstəliyin yaranma səbəbi bilinmədiyindən konkret müalicəsi yoxdur: "Ona görə də xəstəlik 80-90 faiz hallarda ölümlə nəticələnir. Ölümə isə əsasən xəstəliyin yaratdığı fəsadlar səbəb olur. Bu insanlar müalicədən daha çox sosial xidmətlərlə təmin edilməlidirlər. Xəsəliyin əsas risk faktorlarından biri hipertenziya xəstəliyidir. Təzyiqi yüksək olan, mütəmadi baş ağrıları olan insanlar cavan yaşlarda mütəmadi müayinələrdən keçməlidir. Bu xəstəliklə bağlı əsas problem insanların vaxtında və düzgün həkimə müraciət etməməsidir. İnsanlar səhhətlərində hansısa dəyişikliklər hiss etdikdə psixoloq əvəzinə terapevt və ya nevropatoloqa müraciət edirlər. Son nəticədə qarabasma, əqli zəiflik, psixoloji pozğunluq qeydə alınanda psixoloqa müraciət etdikdə, altsheymer xəstəliyinin müalicəsi gec olur".
banner

Oxşar Xəbərlər