• cümə axşamı, 25 aprel, 18:04
  • Baku Bakı 21°C

Azərbaycanda akademikin evini yarıb, 60 min dollarını apardılar

05.08.13 08:37 1490
Azərbaycanda akademikin evini yarıb, 60 min dollarını apardılar
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Ələsgər Ələkbərov küçəsi 507/511-ci məhəllə, ev 14, mənzil 5 ünvanında yaşayan Qacar Çingiz Oveys oğlu 26-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək, avqustun 4-ü saat 13.30 radələrində ona məxsus mənzildən içərisində 60 min ABŞ dolları və gümüş çəngə-bıçaq olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.
Hazırda əməliyyat axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Qacar Çingiz Oveys oğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Fizika İnstitutunun direktorudur.
banner

Oxşar Xəbərlər