• cümə, 29 Mart, 02:57
  • Baku Bakı 7°C

Azərbaycanda ağır yol qəzası: 1 ölü, 7 yaralı

07.10.13 10:12 1553
Azərbaycanda ağır yol qəzası: 1 ölü, 7 yaralı
APA-nın məlumatına görə, avtoqəza gecə saat 02.00 radələrində İmişli-Qaradonlu avtomobil yolunun Çahar kəndindən keçən hissəsində qeydə alınıb. İmişli rayon sakini İxtiyar Ağayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Beyləqan rayon sakini Tərlan Orucovun idarə etdiyi “KAMAZ” markalı avtomobil toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü dünyasını dəyişib. “VAZ 2106”-da olan Şükürovlar ailəsinin üzvləri Nazim, Aytəkin, Anarə, Gülsarə və Gülər, Cəfərovlar ailəsindən olan Aytel və Aysun müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 4 nəfəri azyaşlıdır. Onların ikisinin vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalarından birinə göndərilib.
Faktla İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər