• cümə, 19 Aprel, 12:44
  • Baku Bakı 25°C

Azərbaycanda ağır qəza: yük maşını çobanı və 80 qoyunu vurdu

29.10.13 08:44 1353
Azərbaycanda ağır qəza: yük maşını çobanı və 80 qoyunu vurdu
Trend Türkel TV-yə istinadən xəbər verir ki, yüksək sürət və sürücü ehtiyatsızlığı yenə də qəzasız ötüşməyib. Ötən gün saat 19:30 radələrində Tovuz rayonunun Qovlar şəhəri ilə İbrahim Hacılı kəndinə gedən yolda kimliyi məlum olmayan sürücü yolu keçən Cabbar Hüseynovu vurub. İdarəetməni itirən sürücü daha sonra zərərçəkmişə məxsus 78 baş qoyunu vuraraq hadisə yerindən qaçıb. Nəticədə 78 baş qoyundan 67-si yerindəcə tələf olub. Zərərçəkən yüngül xəsarət aldığından ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Cabbar Hüseynovun dediyinə görə, hadisəni iki maşın törədib.
banner

Oxşar Xəbərlər