• cümə axşamı, 28 mart, 23:10
  • Baku Bakı 13°C

Azərbaycanda ağır cinayətlərin sayı azalıb

16.11.18 14:00 715
Azərbaycanda ağır cinayətlərin sayı azalıb
2000-ci ildən bu günə qədər Azərbaycanda mülki işlərin sayı 20 dəfə artıb.
Trend-in məlumatına görə, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. Onun sözlərinə görə, 2000-ci ildə Azərbaycan məhkəmələri 22 min mülki işə baxıb: "2016-cı ildə isə 470 min mülki işə baxılıb. 2017-ci ildə müəyyən qanunlarda edilən dəyişikliklərə görə mülki işlərdə azalma var".
R.Rzayev bildirib ki, bu dövrdə cinayət işlərinin sayı azalıb: "İstər 2000-ci il olsun, 2005-ci il olsun, ya bu gün olsun, cinayət işlərinin sayı 15 mini keçməyib. Ümumiyyətlə, Azərbaycanda ağır cinayətlərin sayında artım yoxdur. Bu da böyük bir nailiyyətdir".
Ali Məhkəmənin sədri bildirib ki, Bakıda orta hesabla hər hakim ayda 130, rayonlarda isə hər hakim ayda 180-200 işə baxır.
banner

Oxşar Xəbərlər