• şənbə, 27 Aprel, 02:41
  • Baku Bakı 14°C

Azərbaycanda ağır cinayət törətmiş şəxs Gürcüstanda saxlanılıb

11.02.18 12:45 696
Azərbaycanda ağır cinayət törətmiş şəxs Gürcüstanda saxlanılıb
Ötən gecə Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın yerli bürosu Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) istinadla xəbər verir ki, saxlanılan şəxs Mşvidobiani kəndində avtomobil qaçırıb.
DİN əməkdaşları onu "isti izlər”lə saxlayıb. Saxlanılan şəxsin ağır cinayətə görə Azərbaycan dövləti tərəfindən axtarışa verildiyi bildirilir.
Faktla bağlı istintaq aparılır.
banner

Oxşar Xəbərlər