• cümə, 29 Mart, 03:02
  • Baku Bakı 7°C

Azərbaycanda 50 yaşdan sonra ana olanların sayı artır

19.01.15 14:42 931
Azərbaycanda 50 yaşdan sonra ana olanların sayı artır
Azərbaycanda 50 və yuxarı yaşda olan qadınlar tərəfindən dünyaya uşaq gətirilməsi halları artıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanda bu yaşda olan qadınlar tərəfindən (2014-cü ilin statistikası hələ açıqlanmayıb) 2013-cü ildə 46, 2012-ci ildə 42, 2011-ci ildə 24, 2010-cu ildə 32, 2009-cu ildə 11, 2008-ci ildə 17 uşaq dünyaya gəlib. 1995-ci ildə isə 50 və yuxarı yaşda olan qadınlar tərəfindən 6 uşaq doğulub.
50 və yuxarı yaşda olan qadınlar tərəfindən doğulan uşaqların çoxu şəhər yerlərinin payına düşür. 2013-cü ildə bu yaşlı qadınlar tərəfindən şəhər yerlərində 33, kənd yerlərində 13 uşaq dünyaya gəlib.
2013-cü ildə Azərbaycanda 15-17 yaşlı qadınlar tərəfindən 2855 uşaq dünyaya gətirilib. Onların 2630-u bu yaşlı qadınlar tərəfindən dünyaya gətirilən 1-ci, 212-si 2-ci, 12-si- 3-cü, 1-i 4-cü uşaq olub. 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların 889-u şəhər, 1966-sı kənd yerləri üzrədir.
2013-cü ildə Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2012-ci ilə nisbətən 7,3 faiz azalıb.
2013-cü ildə Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan 15-29 yaşlı qadınlar tərəfindən 20 283 uşaq doğulub. Onların 8300-ü şəhər, 11 983-ü kənd yerlərində doğulub. 15-29 yaşlı qadınlar tərəfindən uşaqların doğum halları ölkə üzrə daha çox Aran iqtisadi rayonun (4841), daha sonra Lənkəran iqtisadi rayonu (4457), Gəncə-Qazax iqtisadı rayonu (3439) payına düşür. Belə uşaqların 3166-sı Bakıda doğulub.
banner

Oxşar Xəbərlər