• cümə axşamı, 28 mart, 23:58
  • Baku Bakı 13°C

Azərbaycanda 5 prokurorluq işçisi tutduğu vəzifədən azad olunub, 1-i isə prokurorluq orqanlarından xaric edilib

31.07.17 17:50 1604
Azərbaycanda 5 prokurorluq işçisi tutduğu vəzifədən azad olunub, 1-i isə prokurorluq orqanlarından xaric edilib
Bu il Azərbaycanda cəzalandırılan prokurorluq işçilərinin sayı açıqlanıb.
APA-nın məlumatına görə, Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən Baş prokurorZakir Qaralovbildirib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb: "Çox ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, 2017-ci ilin birinci yarımilində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib”.
Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qulluqçularının xidməti və xidmətdən kənar məmur-vətəndaş münasibətlərini müəyyən edən proqram xarakterli çıxışlarından ciddi nəticə çıxarılması, eləcə də xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.
banner

Oxşar Xəbərlər