• çərşənbə, 24 Aprel, 15:31
  • Baku Bakı 27°C

Azərbaycanda 474 yeni yoluxma faktı qeydə alınıb

13.01.21 16:45 439
Azərbaycanda 474 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Kaspi.az xəbər verir ki,bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 16 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2 957 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 743 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 052, bu günə qədər isə ümumilikdə 2 287 959 test icra olunub.
banner

Oxşar Xəbərlər