• cümə axşamı, 25 aprel, 18:43
  • Baku Bakı 21°C

Azərbaycanda 42 dərəcə isti olacaq

18.08.14 13:00 946
Azərbaycanda 42 dərəcə isti olacaq
Sabah Azərbaycan rayonlarının bəzi ərazilərində 42, Bakının bəzi yerlərində isə 40 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şiimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarda sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam qərb bölgəsinin bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, 25-30 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər